...

Joao Feliks “Əl-Nəsr”lə müqavilə imzalayacaq

İdman Materials 28 İyul 2025 06:38 (UTC +04:00)
Joao Feliks “Əl-Nəsr”lə müqavilə imzalayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı futbolçu Joao Feliks karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirəcək.

Trend xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi Ər-Riyad təmsilçisi “Çelsi” ilə Feliksin transferi barədə razılığa gəlib.

İlkin transfer məbləği 30 milyon avro təşkil edir. Bonuslar və futbolçunun gələcək satışından pay nəzərə alınmaqla, ümumi məbləğin 50 milyon avroya çatacağı gözlənilir.

Məlumata görə, Feliks “Əl-Nəsr”lə 2027-ci ilin iyununa qədər qüvvədə olacaq 2 illik müqavilə imzalayacaq.

Xəbər lenti

Xəbər lenti