...

Lerikdə əməliyyat: 20 kiloqram narkotik vasitə aşkarlanıb (FOTO)

Gündəm Materials 28 İyul 2025 11:07 (UTC +04:00)
Lerikdə əməliyyat: 20 kiloqram narkotik vasitə aşkarlanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend -ə verilən məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar.

Bildirilir ki, onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli yolla qaçmağa çalışan narkoşəbəkənin digər üzvləri - 24 yaşlı Vurğun Qasımlı, 30 yaşlı Rəşid Ağazadə, 31 yaşlı Emin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin ərazidə qoyaraq uzaqlaşdığı avtomobildən də marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla narkoşəbəkə üzvlərinin İran vətəndaşından əldə etdikləri narkotik vasitə və həbləri satışının təşkil olunmasından ötrü maddi qazanc qarşılığında paytaxt ərazisinə gətirməyə razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Şıxəliyev, N.Xəlilov, V.Qasımlı, R.Ağazadə və E. Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti