...

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinə yeni baş direktor təyin edilib

İqtisadiyyat Materials 28 İyul 2025 09:17 (UTC +04:00)
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinə yeni baş direktor təyin edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

Trend xəbər verir ki, o, AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.

Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insan kapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçilik sahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Baş direktoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentinin keçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya, Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya Regional Departamenti və Katiblik Ofisində də yüksək vəzifələrdə çalışıb.

Xəbər lenti

Xəbər lenti