Bakı. Trend:
Fransız teatr və kino aktyoru Jan-Pol Dübua 74 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə Fransanın Sceneweb xəbər portalı məlumat yayıb. Aktyorun ölüm səbəbi hələlik açıqlanmır.
Jan-Pol Dübua öz aktyorluq karyerasına 1970-ci illərdə başlamış və bir sıra tanınmış ekran işlərində rol almışdı. O, xüsusilə “Target” (1985), “Vidocq” (2001) və “Fanfan La Tulipe” (2003) filmlərindəki çıxışları ilə tamaşaçıların yaddaşında qalıb.