...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 19 Sentyabr 2025 17:42 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Sarı xəbərdarlığa uyğun olaraq isə əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti