...

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in kuboku “Odlar Yurdu”na həsr olunub (VİDEO)

İdman Materials 19 Sentyabr 2025 18:21 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir.

Trend xəbər verir ki, dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizə edir.

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti