...

Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

Hadisə Materials 20 Sentyabr 2025 11:11 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 19-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 18 alışdırıcı, 12 tüfəng, 17 patron darağı və 894 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Eyni zamanda nazirlikdən qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir",- əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti