...

Sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırıq - Ermənistan XİN

Siyasət Materials 20 Sentyabr 2025 10:05 (UTC +04:00)
Sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırıq - Ermənistan XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə başlamağa hazırdır.

Trend xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib.

Mirzoyanın sözlərinə görə, İrəvan Vaşinqtonda sənədin paraflanmasından əvvəl də, martın ortalarında mətnin razılaşdırılmasından sonra da bəyan edib ki, Bakı ilə yekun sülhün əldə olunması üçün istənilən vaxt məsləhətləşmələrə başlamağa hazırdır.

“Biz bu gün sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə başlamağa hazırıq”,- deyə Mirzoyan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti