...

Gömrük orqanına bəyan edilməyən xeyli miqdarda mallar aşkar edildi

Cəmiyyət Materials 19 Sentyabr 2025 10:50 (UTC +04:00)
Gömrük orqanına bəyan edilməyən xeyli miqdarda mallar aşkar edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti