...

Bir sıra müəssisələr Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət Materials 19 Sentyabr 2025 12:10 (UTC +04:00)
Bir sıra müəssisələr Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bir sıra müəssisələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti