Bakı. Trend:
Vaşinqton Polşaya iri partiyada “Javelin” tank əleyhinə raket kompleksləri və onların raketlərini göndərəcək.
Trend xəbər verir ki, bu barədə Polşanın Milli müdafiə nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış açıqlama verib.
“ABŞ-nin dövlət departamenti Polşaya 253 buraxılış qurğusunun və 2506 raketin, eləcə də ehtiyat hissələrin satışını, və (onlardan istifadəyə dair) tələb olunan təlimləri təsdiqləyib”, -deyə Kosinyak-Kamış bildirib.
Qeyd olunur ki, söhbət müxtəlif növ zirehli texnikanı, o cümlədən dinamik qorunması olan avanlığı məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.