Bakı. Trend:
Sentyabrın 18-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Citibank"ın idarəedici direktoru, təmiz enerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbii sərvətlər üzrə rəhbər xanım Kasi Şepörd ilə görüşüb.
Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
Görüşdə SOCAR ilə "Citibank" arasında uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr müzakirə olunub.
Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, bu xüsusda SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.