Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 19-u axşam və 20-si səhər yarımadanın bəzi
yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı
ehtimal olunur:
"Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava
şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu
düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda
sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi
gözlənilir".