Bakı. Trend:
“Sabah”ın qızlardan ibarət komandası bu mövsümdən etibarən ilk dəfə AFFA Yüksək Qızlar Liqasında iştirak edəcək.
Trend xəbər verir ki, əvvəlki mövsümdə U-17 Qızlar Liqasında iştirak etmiş komanda bu dəfə gücünü əsas liqada sınayacaq.
Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət komandası 2023/24 mövsümündən U-17 Liqasında çıxış edirdi. Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çıxış etdiyi liqada son iki mövsümü çempion kimi başa vurub.