Bakı. Trend:
ABŞ Senatı Mayk Uoltsun ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib.
Trend-in məlumatına görə, M. Uoltsun namizədliyini 47 senator dəstəkləyib, 43 senator isə əleyhinə səs verib.
Onun yuxarı palatada təsdiqlənməsi üçün sadə səs çoxluğu tələb olunurdu.
Amerika KİV-ləri əvvəllər M.Uoltsun sentyabrın 23-dən 29-dək Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın 80-ci sessiyasının yüksək səviyyəli həftəsi üçün vaxtında vəzifədə olmaya biləcəyindən ehtiyat edirdi. Daimi nümayəndə vəzifəsi səkkiz aydır ki, boşdur və Amerika missiyasına ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi rəhbərlik edir.