Bakı. Trend:
Əfqanıstan universitetlərində qadın müəlliflərin dərslikləri qadağan edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hakim “Taliban” hərəkatı ali təhsil ocaqlarında müəllifləri qadınlar olan dərsliklərdən tədrisin aparılmasını qadağan edib.
Eyni zamanda yeni qaydalara görə, universitetlərdə şəriətə zidd olan 18 fənnin, o cümlədən qadınlar haqqında dərslərin tədrisi yasaqlanıb.