...

Dövlət əmlaklarının növbəti hərracının keçiriləcəyi tarix məlum olub

İqtisadiyyat Materials 19 Sentyabr 2025 18:00 (UTC +04:00)
Dövlət əmlaklarının növbəti hərracının keçiriləcəyi tarix məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 2 və 7-də keçiriləcək hərraclara 3 kiçik dövlət müəssisə və obyekti, 159 nəqliyyat vasitəsi çıxarılıb.

Trend xəbər verir ki, bu barrədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 2-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi, oktyabrın 7-də keçiriləcək hərraca isə 103 nəqliyyat vasitəsi və 3 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.

Kiçik dövlət müəssisə və obyektləri Şirvan şəhərində, Samux və Ağstafa rayonlarında yerləşir. Samux rayonunda olan "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi alıcılar üçün əlverişli hesab olunur. Müəssisənin torpaq sahəsi 26.068 kvadratmetr, ümumi faydalı sahəsi isə 221 kvadratmetrdir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti