...

Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa yaxındır

İdman Materials 20 Sentyabr 2025 05:10 (UTC +04:00)
Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa yaxındır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lionel Messi “İnter Mayami” ilə müqaviləsini uzatmağa yaxlndır.

Trend-in məlumatına görə, jurnalist Fabrisio Romano bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Məlumata əsasən, L.Messinin komanda ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatır.

Bildirilir ki, 38 yaşlı futbolçu ilə “flaminqolar” arasında aparılan danışıqlar yekun mərhələyə çatıb. Hazırda tərəflərin razılaşdırmalı olduğu bir neçə detal qalıb və bundan sonra MLS-in təsdiqi tələb olunacaq.

Son həftələr danışıqların intensivliyi daha da artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti