...

Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

Hadisə Materials 20 Sentyabr 2025 11:32 (UTC +04:00)
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Zərdabda kriminal həyat tərzinin təbliği və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan əvvəllər məhkum olunmuş Rafiq Qurbanzadə saxlanılıb.

Belə ki, ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, R.Qurbanzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha 5 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti