Bakı. Trend:
ABŞ Ədliyyə Nazirliyinin tərkibində olan Narkotiklərlə Mübarizə İdarəsi (DEA) 2025-ci ilin əvvəlində Meksikada narkotik kartelinin hədəflərinə qarşı zərbələr etməsinə çağırış edib və bu, Ağ Evin etirazına səbəb oldu.
Trend-in məlumatına görə, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, DEA əməkdaşlarının təklifi Ağ Evdə və Pentaqonda narahatlığa səbəb olub və "sentyabr ayında Karib dənizində narkotik alverində şübhəli bilinən şəxslərə qarşı zərbələrin qanuniliyinə dair Ağ Evdə gedən gərgin mübahisələrin xəbərçisi oldu".
DEA rəsmiləri həm kartel liderlərini, həm də Meksikadakı cinayət təşkilatlarının obyektlərini hədəf almağı təklif edinlər. Bu məsələ ilə bağlı müzakirələr Donald Trampın ikinci müddətinin ilk həftələrində, onun administrasiyası Latın Amerikası kartellərinin bir neçəsini terror təşkilatı kimi təyin etdikdən sonra başlayıb.