...

Fransada etirazlarda 100-dən çox fəal saxlanılıb

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 13:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə ötən gün həmkarlar ittifaqlarının elan etdiyi tətil və etiraz aksiyaları fonunda baş vermiş küçə toqquşmalarında 100-dən çox insan saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Paris polisinin prefekti Loran Nunyes açıqlama verib.

“Ümumilikdə 103 nəfər saxlanılıb, onlardan 89 –u barəsində inzibati həbs seçilib”, -deyə o bildirib.

Rəsminin sözlərinə görə, saxlanılmaların böyük hissəsi birbaşa nümayiş zamanı həyata keçirilib.

Fransa DİN-inin məlumatına görə, hökumətin iqtisadi siyasətinə qarşı həmkarlar ittifaqlarının keçirdiyi nümayişlər ümumilikdə ölkə üzrə 500 mindən çox iştirakçını toplayıb. Qurumun rəhbəri Bryuno Retayo bildirib ki, 300-dən çox şəxs saxlanılıb. Lakin “Ümumi Əmək Konfederasiyası” (CGT) həmkarlar ittifaqının hesablamalarına görə, həmin gün küçələrə 1 milyondan çox insan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti