Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp zəngin əcnəbilərə 1 milyon və 5 milyon dollara sürətli immiqrasiya təklif edən viza proqramının yaradılması haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında bildirilib.
Məlumata əsasən, fiziki şəxslər emal və yoxlama haqqı ödədikdən sonra "Tramp Qızıl Kartı" ilə 1 milyon dollara ABŞ-da daimi yaşayış hüququ əldə edə bilərlər.
Bildirilib ki, 5 milyon dollara “ABŞ-nin gəlir vergisinə məruz qalmadan ABŞ-də qalmağa” imkan verən “Platinum Kart” əldə ediləcək.
Fərmana əsasən, hər bir işçiyə 2 milyon dollar rüsum ödəyən şirkətlər qeyri-məhdud sayda işçi üçün ABŞ-da daimi yaşayış yeri əldə edə bilər.