...

Ən böyük arzusu şəhid olmaq idi - Antiterror əməliyyatlarında şəhid olan Nicat Nəzərlinin qardaşı (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2025 12:48 (UTC +04:00)
Ən böyük arzusu şəhid olmaq idi - Antiterror əməliyyatlarında şəhid olan Nicat Nəzərlinin qardaşı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

“Qardaşım şəhid Nicat Nəzərli Mübariz oğlu 2004-cü il avqustun 22-də Lənkəran rayonu Narbağı kəndində dünyaya gəlib. Hərbi sahəyə marağı uşaqlıqdan var idi. Hələ uşaq ikən taxtadan avtomat düzəldib döyüş səhnələri canlandırardıq. İkimizin də hərbiyə marağımız olduğu üçün məhz bu sahəyə yönəldik”.

Bu fikirləri Trend-lə Antiterror əməliyyatı zamanı şəhid olan Nicat Nəzərlinin qardaşı Rövşən Nəzərli bölüşüb. O, Nicat Nəzərlinin ən böyük arzusunun şəhidlik olduğunu vurğulayıb:

“Qardaşım xaraktercə çox sakit biri olub. İkimizin də arzusu şəhidlik idi. Qardaşım arzusuna çatdı, mən isə yox. Sentyabrın 19-u 2023-cü ildə antiterror əməliyatlarında qardaşım şəhid oldu”, - Rövşən Nəzərli deyib.

O, qardaşının əməliyyatlarda iştirak etməsindən xəbərsiz olduğunu bildirib:

“Qardaşımın şəhid xəbəri gələnədək onun döyüşlərə qatıldığını bilməmişik. Düşünürdük ki, Qusarda hərbi hissədədir. O, ailə qurmamışdı,subay idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti