...

Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 13 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 19 Sentyabr 2025 15:51 (UTC +04:00)
Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 13 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,406 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,746 milyon dollar və ya 12,9 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyadan olan investisiyaların payı 0,7 faiz təşkil edib.

Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzində Finlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,661 milyon dollar və ya 8,6 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.

2024-cü ilin ilk yarımili ərzində Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 1,660 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 1,273 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti