Bakı.Trend:
Ötən gün 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, sentyabrın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin qeyd edilib ki, əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.