...

Paytaxt məktəbində pul yığdığı iddia edilən direktor vəzifəsindən azad edildi

Hadisə Materials 19 Sentyabr 2025 19:58 (UTC +04:00)
Paytaxt məktəbində pul yığdığı iddia edilən direktor vəzifəsindən azad edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Bu barədə Trend İdarəyə istinadən xəbər verir.

Bildirilib ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti