Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yeni maliyyə ilinin başlandığı oktyabrın 1-dən hökumətin fəaliyyətinin dayandırılması ehtimalını istisna etməyib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
"Biz danışıqları demokratlarla davam etdirəcəyik, amma düşünürəm ki, sonda ölkə müəyyən müddətə bağlana bilər", - deyə D.Tramp Oval kabinetdə bildirib.
Qeyd edək ki, sentyabrın 19-da Respublikaçı və Demokrat senatorlar müvəqqəti maliyyələşdirmə qanunlarını bloklayıblar. Demokratlar səhiyyə xərclərinin artırılmasını tələb edirlər.