Formula 1 Azərbaycan Qran Prisində ilk gün sürprizlərlə yadda qaldı

İdman Materials 19 Sentyabr 2025 18:48 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisində ilk gün sürprizlərlə yadda qaldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cümə günü baş tutan ikinci sərbəst yürüşün yekununda protokollara “Ferrari” komandasının pilotları liderlik etdilər.

Trend xəbər verir ki, maraqlı məqam isə Lyuis Hemiltonun ən sürətli dövrəsində komanda yoldaşı, Bakıda ardıcıl dörd poul sahibi olmuş Şarl Lekleri cəmi 0.074 saniyə qabaqlaması oldu.

Onların ardınca “Mercedes” pilotları qərarlaşdı – Corc Rasl gənc komanda yoldaşı Kimi Antonellini cəmi 0.009 saniyə qabaqlayaraq üçüncü nəticəni göstərdi. Günün ən böyük sürprizlərindən birini isə “Haas” nümayiş etdirdi: Oliver Börman Maks Ferstappeni (“Red Bull”) üstələyərək protokollarda irəli sıralarda yer aldı. Komanda yoldaşı Esteban Okon da yaxşı performans sərgiləyərək Liam Lousonun (“Racing Bulls”) ardınca 8-ci oldu. İlk onluqda Aleks Elbon (“Williams”) və Lando Norris (“McLaren”) də yer aldı.

Qeyd etmək lazımdır ki, Bakıda Mühəndislər Kubokunu qazanmağa hazırlaşan “McLaren” komandasının sürücüləri birinci sessiyadan fərqli olaraq, bu dəfə çox zəif təəssürat bağışlayıblar. Həm Norris, həm də Oskar Piastri divarlarla təmas yaşamaqdan qurtula bilməyiblər - Landonun təması daha ciddi olduğu üçün mexaniklər maşını sabahkı sessiyalara çatdırmaq üçün üzərində xeyli işləməli olacaqlar.

Beləliklə, Azərbaycan Qran Prisində həyəcanlı ilk gün geridə qaldı və azarkeşlər sabahkı sessiyalarda daha da gərgin mübarizənin şahidi olacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti