...

Azərbaycanda "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır - FƏRMAN

Siyasət Materials 19 Sentyabr 2025 17:29 (UTC +04:00)
Azərbaycanda "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır - FƏRMAN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.

Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

- avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

- nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;

Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti