Bakı. Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!"