Bakı. Trend:
Yaponiya Mərkəzi Bankı əsas uçot dərəcəsini illik 0,5 faiz səviyyəsində saxlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bank rəhbərliyinin sentyabr iclasında yekun qərar çıxarılıb.
Məlumata görə, əsas faiz dərəcəsinin indiki səviyyədə saxlanılmasını idarə heyətinin doqquz üzvündən yeddisi dəstəkləyib. Əleyhinə səs verən üzvlər isə uçot dərəcəsinin 0,75 faizə qaldırılmasını istəyirdi.
Mərkəzi bankın bu qərarı analitiklərin gözləntiləri ilə üst-üstə düşüb. Qeyd edək ki, Yaponiyada əsas uçot dərəcəsi 2008-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyədədir.