...

EIU Azərbaycanınxarici ticarət balansı ilə bağlı 2030-cu ilə qədər olan dövri əhatə edən proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 19 Sentyabr 2025 15:17 (UTC +04:00)
EIU Azərbaycanınxarici ticarət balansı ilə bağlı 2030-cu ilə qədər olan dövri əhatə edən proqnozlarını açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Economist Intelligence Unit (EIU)” son proqnozlarına əsasən, Azərbaycanın xarici ticarət balansının qarşısdakı beş il ərzində müsbət və nisbətən sabit qalacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə EIU məlumat yayıb.

Məlumata əsasən, ölkənin ticarət profisiti 2025-ci ildə 13,9 milyard dollar təşkil edəcək, daha sonra isə 2026-cı ildə 10,2 milyard dollara qədər azalacaq. 2027-ci ildə profisitin 16 milyard dollar səviyyəsində olacağı, 2028 və 2029-cu illərdə isə cüzi azalmanın olacağı gözlənilir - müvafiq olaraq 15,4 milyard və 14,9 milyar dollar həcmində.

EIU proqnozuna əsasən, ixrac 2025-ci ildə 28,8 milyard dollar təşkil etdiyi halda, 2029-cu ilə qədər 33,3 milyard dollara yüksələcək. İdxal həcmi isə 2025-ci ildə 14,9 milyar dollar olduğu halda, 2029-cu ilə qədər 18,4 milyard dollara qədər qalxacaq.

Eyni zamanda, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2024-cü ildə ölkənin ümumi ixrac həcmi 26,3 milyard dollar, idxal həcmi isə 21,1 milyard dollar təşkil edib. Ötən illə müqayisədə ixrac 11 faiz azalıb, idxal isə 22 faiz artıb ki, bu da 2023-cü illə müqayisədə xarici ticarət balansı profisitinin azalmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti