Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,4 ABŞ dolları və ya 2,04% artaraq 70,13 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,76 dollar/barel, minimum isə 69,43 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,60 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,35 ABŞ dolları və ya 2% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,23 dollar/barel, minimum isə 67,94 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,84 ABŞ dolları və ya 1,5% artaraq 56,75 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 57,45 dollar/barel, minimum isə 55,90 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,98 dollar və ya 1,46% bahalaşaraq, 67,84 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,56 dollar/barel, minimum isə 66,95 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
15.09.2025 |
16.09.2025 |
17.09.2025 |
18.09.2025 |
19.09.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$69,43 |
$70,68 |
$70,76 |
$70,25 |
$69,53 |
$70,13 |
Azeri Light FOB Ceyhan |
$67,94 |
$69,15 |
$69,23 |
$68,71 |
$67,99 |
$68,60 |
Urals (EX NOVO) |
$56,50 |
$57,45 |
$57,18 |
$56,72 |
$55,90 |
$56,75 |
Dated Brent |
$67,60 |
$68,56 |
$68,31 |
$67,76 |
$66,95 |
$67,84 |