...

ABŞ "TikTok" üzərində nəzarət əldə edəcək - Tramp

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 04:06 (UTC +04:00)
ABŞ "TikTok" üzərində nəzarət əldə edəcək - Tramp

Bakı. Trend:

Çinin "TikTok" sosial media platforması satışı ilə bağlı sövdələşməni həyata keçirilməsi başlayıb və ABŞ bu platformaya nəzarət edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da Ağ Evdə jurnalistlərlə söhbət zamanı deyib.

Onun sözlərinə görə, "TikTok" ilə bağlı razılaşmanln həyata keçirilməsi üzrə işlər artıq aparılır və investorlar hazırlaşır.

ABŞ administrasiyasının saziş bağlansa belə, Çinin sosial şəbəkə üzərində nəzarəti müəyyən formada saxlayacağı ilə bağlı hər hansı narahatlığının olub-olmadığını soruşduqda, Tramp mənfi cavab verib. "Biz buna çox ciddi nəzarət edəcəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti