Bakı. Trend:
8 ölkədə bestseller olmuş və dünyanın hər yerindən milyonlarla oxucuya malik avstraliyalı yazıçı Deniel Çidiak “LİBRAFF” mağazalar şəbəkəsinin təşəbbüsü ilə ilk dəfə Azərbaycanda oxucuları ilə görüşəcək.
Azərbaycanda da tez-tez bestseller siyahısına düşən və artıq ikinci nəşri də tükənməkdə olan “Kim deyir ki, bacarmazsan? Bacararsan!” kitabının müəllifi, oxucularına öz təcrübə və həyat hekayələri ilə ilham verən Deniel Çidiak sentyabrın son həftəsində Bakıda qonaq olacaq.
Artıq 5 kitab müəllifi olan müəllif 27 sentyabr saat 15:00 – “LİBRAFF”ın “Park Akademiya” filialında kitab müzakirəsində iştirak edəcək və motivasiya, şəxsi inkişaf, habelə yumşaq bacarıqların önəmi barədə öz fikirlərini oxucularla bölüşəcək.
28 sentyabr saat 12:00 – “Gənclik Mall”ın 1-ci mərtəbəsinin əsas zalında baş tutacaq imza mərasimində oxucular müəlliflə bir daha görüşmək imkanı qazanacaqlar.