Bakı. Trend:
ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal və daimi atəşkəsin elan olunmasını tələb edən qətnaməyə veto qoyub.
Trend xəbər verir ki, ABŞ Təhlükəsizlik Şurasında Qəzza sektorunda qeyd-şərtsiz və davamlı atəşkəs, həmçinin İsrailin Fələstin anklavına humanitar yardımın çatdırılmasına qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.
Bu isə ABŞ-ın İsrail və HƏMAS arasında iki ilə yaxındır davam edən müharibə ilə bağlı BMT Təhlükəsizlik Şurasında artıq altıncı dəfə veto hüququndan istifadə etməsi deməkdir.