...

Kamçatkada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 18 Sentyabr 2025 23:29 (UTC +04:00)
Kamçatkada güclü zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,7 bal təşkil edib.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 125 km aralıda baş verib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti