Bakı. Trend:
Direktorların işə qəbulu ilə bağlı yeniliklərin nə qədər faydalı olduğunu ölçmək üçün monitoriqlər də olacaq.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-nin canlı yayımında direktorların işə qəbulu ilə bağlı danışarkən deyib.
“Biz düşünürük ki, bu yeniliklər kifayət qədər çevikdir. Çünki, təkcə müsahibə mərhələsi keçiriləcək. Bu da bizə daha cəld olmağa şans verir. Biz direktor vəzifəsi ilə bağlı boşluqları qısa müddətdə müəyyənləşdirib həll edə biləcəyik”,- o əlavə edib.