...

BMT Təhlükəsizlik Şurası Qəzza və Ukrayna ilə bağlı iclaslar keçirəcək

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 01:58 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Qəzza və Ukrayna ilə bağlı iclaslar keçirəcək

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 23-də – Baş Assambleyanın 80-ci sessiyasının “Yüksək Səviyyəli Həftə”sinin ilk günündə – Qəzza zolağındakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsinə həsr olunmuş iclaslar keçirəcək.

Trend xəbər verir ki, bu barədə sentyabr ayında TŞ-yə sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza ilə bağlı brifinq Bakı vaxtı ilə saat 21:00-dan 00:00-a qədər “Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi” adı altında keçiriləcək. Ukrayna üzrə brifinq isə saat 00:00-dan 03:00-a qədər “Ukraynada sülh və təhlükəsizliyin təmin olunması” mövzusunda baş tutacaq.

Hər iki iclasda ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti