Bakı. Trend:
Liviyanın şərqində, Tobruk şəhəri sahillərində qaçqınları daşıyan qayıq batıb.
Trend xəbər verir ki, hadisə barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Liviyadakı ofisi yayıb.
İçərisində 74 nəfər olan qayığın batması nəticəsində yalnız 13 nəfər sağ qalıb.
Bildirilir ki, qayığın sərnişinlərinin əksəriyyəti sudanlı qaçqınlar olub. Sentyabrın 13-də baş verən faciə nəticəsində onlarla sərnişin hələ də itkin düşmüş hesab olunu