...

Əcnəbilərin Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Sentyabr 2025 16:22 (UTC +04:00)
Əcnəbilərin Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərinin sayı açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinə fəaliyyət istiqamətləri üzrə 67 127 müraciət daxil olub.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər – 45880
  • Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 7156
  • Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 204
  • Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 1190
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 867
  • Çağrı mərkəzinə daxil olan zənglər – 6922
  • Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə daxil olan müraciətlər – 1364
  • Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər – 1146
  • Digər müraciətlər – 2398
Məqalədə:
Xəbər lenti

Xəbər lenti