Bakı. Trend:
Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynaya səfər edib.
Trend-in xəbərinə görə, bu barədə o, özünün "X" sosial şəbəkəsində yazıb.
"Yenidən Kiyevdəyəm!
Kiyevə qarşı aqressiyanın başlanmasından 1300 gün sonra Avropa Parlamentinin güclü dəstək mesajı ilə Ukraynadayam.
Necə ki, ilk gündən sizin yanınızda olmuşuq, bundan sonra da yanınızda olacağıq".