...

UEFA Çempionlar Liqası: “Liverpul”, “PSG” və “Bavariya” qalib gəlib

İdman Materials 18 Sentyabr 2025 00:58 (UTC +04:00)
UEFA Çempionlar Liqası: “Liverpul”, “PSG” və “Bavariya” qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində I turun növbəti matçları keçirilib.

Trend xəbər verir ki, ikinci oyun günündə ümumilikdə 6 qarşılaşma baş tutub.

"Liverpul" doğma meydanda "Atletiko", "PSG" "Atalanta"nı, "Bavariya" isə "Çelsi"ni məğlub edib.

"İnter" səfərdə "Ayaks"dan üstün olub. "Olimpiakos" "Pafos" və "Slaviya" "Budyo Qlimt" qarşılaşmalarında isə heç-heçə qeydə alınıb.

"PSG" - "Atalanta" 4:0
"Bavariya" - "Çelsi" 3:1
"Liverpul" - "Atletiko" 3:2
"Ayaks" - "İnter" 0:2
"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) 0:0
"Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) 2:2

Xəbər lenti

Xəbər lenti