...

Almaniyada kimya zavodunda qəza baş verib

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 23:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Amsdorf şəhərində yerləşən Romonta kimya zavodunda qəza baş verib.

Trend-in “Bild”ə istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəza səhər saatlarında təmir işləri zamanı qeydə alınıb.

Polis zavodda təhlükəli maddələrin sızması barədə məlumat yayıb. Yaralılardan ikisi zavod əməkdaşı olub və hazırda xəstəxanada müalicə olunur. Digər iki yaralı isə xilasetmə işlərində iştirak edən tibb işçiləridir. Onların xəsarətlərinin xarakteri hələlik açıqlanmayıb.

Qeyd edək ki, Romonta ayaqqabı boyası və cilalama məhsullarında istifadə olunan mineral mum istehsalı üzrə dünyanın ən böyük istehsalçısıdır.

Xəbər lenti

Xəbər lenti