...

Növbəti müsahibələr barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib

Cəmiyyət Materials 17 Sentyabr 2025 20:11 (UTC +04:00)
Növbəti müsahibələr barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Trend İnsan Resursları Mərkəzinə istinadla xəbər verir ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti