Bakı. Trend:
İranın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlar yenidən davam etdiriləcək.
Trend-in xəbərinə görə, bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Bu gün İranla keçiriləcək müzakirələrdə Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri iştirak edəcək. Danışıqların telefon vasitəsilə aparılması nəzərdə tutulur.
Avropanın aparıcı dövlətləri, əgər İranın nüvə proqramının davam etdirilməsi və onun beynəlxalq nəzarəti ilə bağlı razılığa gəlinməzsə, Tehrana qarşı yeni sanksiyalar tətbiq olunacağı ilə hədələyiblər.