Bakı. Trend:
Türkiyənin 49 vilayətində mütəşəkkil cinayətkar dəstələrə qarşı iri miqyaslı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz “X” səhifəsində məlumat paylaşıb.
Məlumata əsasən, aparılan əməliyyatların gedişində ümumilikdə 115 nəfər saxlanılıb.
Saxlanılan şübhəlilərə qarşı sələməçilik, ağır dələduzluq, dövlət qurum və təşkilatlarının ziyanına olan dələduzluq, tenderlərə müdaxilə, rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi qanunvericiliyinə zidd hərəkətlər, rəsmi sənədlərin saxtalaşdırılması, digər maliyyə dələduzluqları kimi ittihamlar üzrə vilayətlərin prokurorluqları tərəfindən istintaq başlanılıb.