...

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə bir neçə sahələr daxil olunacaq

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 02:24 (UTC +04:00)
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə bir neçə sahələr daxil olunacaq

Bakı. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının 19-cu paketinə kriptovalyutalar, banklar və enerji sektoru ilə bağlı tədbirlər daxil olunacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial şəbəkəsində yazıb.

"Avropa Komissiyası tezliklə kriptovalyutaları, bankları və energetika sahələrinə yönələn 19-cu [anti-Rusiya] sanksiyalar paketini təqdim edəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, Brüssel həmçinin "Rusiya yanacağının idxalından imtina prosesini sürətləndirəcək".

Avropa Komissiyası rəhbəri ABŞ prezidenti Donald Trampla telefon danışığı barədə də məlumat verib, o, onunla “Rusiyaya qarşı iqtisadi tədbirlər”in tətbiqini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti