Bakı. Trend:
Vaşinqton Dəməşqlə koordinasiyada Suriyanın cənubu ilə bağlı təhlükəsizlik məsələlərində İsraillə razılıq əldə etməyə çalışacaq.
Trend-in məlumatına görə, bu barədə Suriya və İordaniya xarici işlər nazirləri Əsəd əl-Şeybani və Əyman əs-Səfadi ilə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak arasında Dəməşqdə keçirilən görüşdən sonra qəbul edilən Suriya Xarici İşlər Nazirliyinin dərc etdiyi "yol xəritəsi"ndə qeyd olunub.
Sənədə əsasən, görüş iştirakçıları razılaşıblar ki, “Vaşinqton Suriya hökuməti ilə koordinasiyada İsraillə Suriyanın cənubu ilə bağlı həm Suriyanın, həm də İsrailin [təhlükəsizlik sahəsində] qanuni maraqlarını nəzərə alan razılaşmalar əldə etməyə çalışacaq”.