Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 1,5 milyard ABŞ dolları dəyərində 1,5 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 105,4 milyon ABŞ dolları və ya 6,6%, həcm ifadəsində isə 429,7 min ton və ya 22,5% azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 83,6 milyon ABŞ dolları dəyərində 141,8 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 6 milyon ABŞ dolları və ya 7,8%, həcm ifadəsində isə 80,1 min ton və ya 2,3 dəfə artım deməkdir.
Eyni zamanda, cari ilin ilk səkkiz ayında dəniz nəqliyyatı vasitəsilə Azərbaycana 1,4 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 111,5 milyon ABŞ dolları və ya 7,3%, həcm baxımıdan isə 509,9 min ton və ya 27,6% azdır.